• Bakı 7° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Sabah” “Beşiktaş”a qarşı keçiriləcək oyunla bağlı açıqlama yaydı - YENİLƏNİB

İDMAN

02 May 2023 | 17:41

“Sabah” “Beşiktaş”a qarşı keçiriləcək oyunla bağlı açıqlama yaydı - YENİLƏNİB

“Sabah” Türkiyənin “Beşiktaş” klubu ilə keçiriləcək yoxlama oyunu ilə bağlı açıqlama yayıb.

Bakıvaxtı.az xəbər verir ki, Bakı təmsilçisi sosial şəbəkə vasitəsilə istanbulluları qəbul edəcəyi üçün sevincli olduğunu paylaşıb.

“Türkiyənin 120 illik çinarı, böyük “Beşiktaş”! Zəlzələdən əziyyət çəkənlər üçün təşkil olunacaq dostluq matçında sizi Bakıda qonaq etməkdən qürur duyarıq”, - deyə paylaşımda yazılıb.

Qeyd edək ki, “Beşiktaş” “Sabah”la xeyriyyə oyunu üçün mayın 13-də Azərbaycana gələcək. Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

 

13:35

Türkiyənin "Beşiktaş" komandasının "Sabah"la yoldaşlıq oyunu keçirmək üçün Bakıya gələcəyi tarix bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, İstanbul təmsilçisi mayın 13-də Azərbaycan paytaxtına təşrif buyuracaq.

Məsələyə aydınlıq gətirmək üçün klub prezidenti Ahmet Nur Çebinin xüsusi məsləhətçisi Erdal Cömertlə əlaqə saxladıq. "Beşiktaş" rəsmisi "Report"a açıqlamasında xəbəri təsdiqləyib: "Qismət olsa, komanda mayın 13-də Bakıda olacaq. Artıq proqram hazırdır. Amma hələ tam dəqiqləşməyib. Hər şey bəlli olduqdan sonra ictimaiyyətə açıqlama veriləcək".

Qeyd edək ki, "Beşiktaş" Türkiyə Super Liqasının XXXIV turunda istirahət edəcək. Bundan yararlanmaq istəyən İstanbul nəhəngi xeyri matçı üçün Bakıda gəlməyi planlaşdırır. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026