• Bakı 18° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Azərbaycan Premyer Liqasının dəyəri ARTDI

İDMAN

31 May 2023 | 16:54

Azərbaycan Premyer Liqasının dəyəri ARTDI

Futbol üzrə Azərbaycan Premyer Liqasının dəyəri artıb.

Bakıvaxtı.az xəbər verir ki, bu, "Transfermarkt" saytının yenilədiyi son siyahıda öz əksini tapıb.

Hazırda yüksək dəstədə çıxış edən klubların ümumi dəyəri 71,4 milyon avrodur. Bunadək isə göstərici 67,9 milyon avro olub.

Məbləğin təqribən 1/5-i "Qarabağ"ın payına düşür - 14,45 milyon avro. İkinci sırada 9,68 milyon avro ilə "Sabah" qərarlaşıb. Futbolçu heyətinin ümumi dəyəri 8,95 milyon avro olan "Neftçi" ilk "üçlüy"ü tamamlayır.

Ümumi sıralama isə aşağdakı kimidir:

1. "Qarabağ" - 14,45 milyon avro
2. "Sabah" - 9,68 milyon avro
3. "Neftçi" - 8,95 milyon avro
4. "Zirə" - 8,4 milyon avro
5. "Qəbələ" - 6,5 milyon avro
6. "Turan Tovuz" - 5,98 milyon avro
7. "Sumqayıt" - 4,93 milyon avro
8. "Səbail" - 4,85 milyon avro
9. "Kəpəz" - 4,08 milyon avro
10. "Şamaxı" - 3,6 milyon avro


SON XƏBƏRLƏR

18 Aprel 2024