• Bakı 14° C

    1.14 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Sumqayıt" 1237 gündən sonra bunu etdi

İDMAN

03 Aprel 2023 | 10:01

"Sumqayıt" 1237 gündən sonra bunu etdi

"Sumqayıt" Azərbaycan Premyer Liqasında üç il beş aydan sonra rəqib meydanında 3 qol vurub.

Bakıvaxtı.az xəbər verir ki, Samir Abasovun baş məşqçi olduğu komanda XXVIII turda "Turan Tovuz"u məğlub edib.

"Gənclik şəhəri" təmsilçisinin sonuncu belə məhsuldarlığı 2019/2020 mövsümündə qeydə alınıb. Tovuz səfərindən 1237 gün əvvəl 2019-cu il noyabrın 10-da “Sabah”ın qonağı olan komanda 3:1 hesablı qələbə qazanıb.

Bundan sonrakı 46 səfər oyununda “Sumqayıt” ikidən çox qol vura bilməyib. 19 dəfə qolsuz qalan komanda 20 matçda 1, 7 qarşılaşmada 2 dəfə fərqlənib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026