• Bakı 7° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Lester” baş məşqçisini qovdu

İDMAN

02 Aprel 2023 | 22:42 | Müəllif: Subhan Mahmudov

“Lester” baş məşqçisini qovdu

Şimali irlandiyalı mütəxəssis Brendan Rocers “Lester”in baş məşqçisi vəzifəsini tərk edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ingilis komandasının mətbuat xidməti məlumat yayıb.

49 yaşlı Rocers 2019-cu ilin fevralında “Lester”in başına keçib. Məşqçi buna qədər “Seltik”, “Liverpul”, “Suonsi” və digər klublara rəhbərlik edib.

Onun rəhbərliyi altında komanda İngiltərə kubokunu və Superkuboku qazanıb. Tərəflər arasında müqavilənin müddəti 2025-ci ilin yayında başa çatmalı idi.

Qeyd edək ki, “Lester” İngiltərə Premyer Liqasında 28 oyunda 25 xal toplayıb və turnir cədvəlinin sonuncudan əvvəlki, 19-cu pilləsində qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026