• Bakı 14° C

    0.81 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

"Beşiktaş" Azərbaycana gəlir

İDMAN

03 Mart 2023 | 09:54

"Beşiktaş" Azərbaycana gəlir

Türkiyənin “Beşiktaş” klubu Azərbaycanda yoxlama görüşü keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb.

Bildirilib ki, İstanbul təmsilçisi zəlzələdən əziyyət çəkənlərə yardım məqsədilə iki ölkədə yoxlama görüşü təşkil edəcək. “Ağ-qaralar” əvvəlcə bu ay milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə zamanı Almaniya təmsilçilərindən biri ilə üz-üzə gələcək. Hazırda Mönxenqladbax “Borussiya”sı və “Leyptsiq”lə danışıq aparılır.

Şenol Günəşin yetirmələri Super Liqanın bu mövsümkü təqviminə əsasən istirahət edəcəyi müddətdə - 9-30 aprel aralığında isə Azərbaycana səfər edəcək. “Qara qartal” adı açıqlanmasa da, Azərbaycanda bir yerli klubla xeyriyyə xarakterli yoxlama görüşü keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026