• Bakı 13° C

    3.06 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Salahdan yeni REKORD

İDMAN

01 Aprel 2023 | 16:17

Salahdan yeni REKORD

Misirli futbolçu Məhəmməd Salah İngiltərənin "Liverpul" klubunun tarixinə düşüb.

Bakıvaxtı.az xəbər verir ki, 31 yaşlı hücumçu buna "Mançester Siti"yə qarşı Premyer Liqanın XXIX tur matçında fərqlənməklə nail olub.

17-ci dəqiqədə hesabı açan forvard çempionatda Mersisayd təmsilçisinin heyətində səfərdə ən çox qol vuran oyunçu adına sahib çıxıb.

Rəqib meydanlarında 56 dəfə fərqlənən Salah 55 qola imza atan Maykl Oueni geridə qoyub.

Qeyd edək ki, hazırda görüşdə hesab bərabərdir - 1:1.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026