• Bakı 7° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Messinin forması hərraca çıxarılacaq

İDMAN

04 Mart 2023 | 18:14

Messinin forması hərraca çıxarılacaq

Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu “Qalatasaray” klubunu ziyarət edib.

Bakıvaxtı.az xəbər verir ki, İstanbul təmsilçisinin prezidenti Dursun Özbeklə görüşən nazir Lionel Messinin ona hədiyyə etdiyi imzalı formanı zəlzələdən əziyyət çəkən insanlara yardım üçün keçiriləcək hərraca çıxarılması üçün kluba bağışlayıb.

“Kampaniyaya dəstək verən bütün xalqımızı təbrik edir, hamısına təşəkkürümü bildirirəm. Mən də bu işə Messinin imzalı forması ilə qatılıram”, - deyə o “Qalatasaray”ın televiziyasına bildirib.

“Qalatasaray” Messinin imzalı formasını hərraca çıxaracaq və əldə olunacaq gəlir zəlzələdən əziyyət çəkənlərə bağışlanacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026