• Bakı 20° C

    1.46 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Kadi Borges “Krasnodar”da nə qədər maaş alacaq?

İDMAN

05 Yanvar 2023 | 11:02

Kadi Borges “Krasnodar”da nə qədər maaş alacaq?

Rusiyanın “Krasnodar” klubunun “Qarabağ”dan transfer etdiyi Kadi Borgesin alacağı məvacib bəlli olub.

Bakıvaxtı.az-ın  “vedomosti.ru”ya istinadən məlumatına görə, braziliyalı futbolçunun yeni komandasında illik maaşı 2 milyon avro təşkil edəcək.

26 yaşlı oyunçu yaxın günlərdə tibbi müayinədən keçdikdən sonra “Krasnodar”la 2026-cı ilin yayınadək nəzərdə tutulan müqavilə imzalayacaq. “Qarabağ”ın bu transferdən 5 milyon avroluq gəlir götürməsi gözlənilir.

Qeyd edək ki, Kadi Borges bu mövsümün ilk yarısında “Qarabağ”ın heyətində bütün turnirlərdə keçirdiyi 31 oyunda 8 qol vurub, 11 məhsuldar ötürmə verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026