• Bakı 22° C

    4.22 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Azərbaycan güləşçisi qızıl medal qazandı - YENİLƏNİB

İDMAN

01 Fevral 2023 | 22:46

Azərbaycan güləşçisi qızıl medal qazandı - YENİLƏNİB

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Xorvatiyada keçirilən "Zaqreb Open"də qızıl medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki,  57 kq-da çıxış edən idmançı finalda yaponiyalı Yuto Nişuçi ilə qarşılaşıb. Rəqibinə 2:0 hesabı ilə qalib gələn Rzazadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

***18:40

Azərbaycanın sərbəst güləşçiləri Əliabbas Rzazadə və Hacı Əliyev Xorvatiyada start götürən "Zaqreb Open"də finala yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, 57 kq-da mübarizə aparan Rzazadə ardıcıl olaraq çinli Vanhao Zou, komanda yoldaşı İslam Bazarqanov və gürcüstanlı Beka Bujiaşviliyə qalib gəlib. Onun finaldakı rəqibi yaponiyalı Yuto Nişuçi olacaq.

70-da çıxış edən Əliyev isə 1/4 finalda gürcüstanlı Giorgi Eblakidzeni, yarımfinalda isə monqolustanlı Temulen Enktuyanı məğlub edib. O, həlledici görüşdə ABŞ təmsilçisi Alek Uilyam Pantaleonu sınağa çəkəcək.


SON XƏBƏRLƏR

19 Aprel 2024