• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Nurməhəmmədov ötən ilin ən yaxşısı seçildi

İDMAN

04 Yanvar 2023 | 17:00

Nurməhəmmədov ötən ilin ən yaxşısı seçildi

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu rusiyalı Həbib Nurməhəmmədov və meksikalı Xavyer Mendes 2022-ci ilin ən yaxşı məşqçiləri seçiliblər.

Bakıvaxtı.az xəbər verir ki, onlar nüfuzlu "MMA Junkie" portalının versiyasına əsasən, bu ada layiq görülüblər.

Nurməhəmmədov və Mendes İslam Maxaçev, Usman və Umar Nurməhəmmədov, həmçinin Bilal Məhəmməd kimi yüksək səviyyəli döyüşçülərə məşq keçirlər.

Qeyd edək ki, Həbib Nurməhəmmədov 2020-ci ilin oktyabrında karyerasını bitirib. O, karyerası ərzində 29 döyüşünün hamısını qələbə ilə başa vurub. Bunlardan 13-ü UFC-yə təsadüf edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026