• Bakı 17° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

“Traktor” növbəti qələbəsini qazandı

İDMAN

01 Fevral 2023 | 18:33

“Traktor” növbəti qələbəsini qazandı

Bu gün İran Super Liqasının 18-ci turu çərçivəsində Təbrizin "Traktor" klubu Xuzistan əyalətinin "Fulad" komandası ilə qarşılaşıb.

Bakıvaxtı.az xəbər verir ki, Təbrizin "Səhənd" (Yadigari İmam) stadionunda başlayan oyun təbrizlilərin qələbəsi ilə başa çatıb.

Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqlərdə "Traktor"un hücumçusu Hadi Məhəmmədi rəqib komandanın qapısına yol tapa bilib.

Bu qələbədən sonra "Traktor" 29 xalla turnir cədvəlinin 5-ci pilləsinə yüksəlib.

Qeyd edək ki, oyun başlamadan öncə Xoy zəlzələsində həyatını itirənlərin xatirəsi anılıb, azarkeşlər hökumətin zəlzələdən zərər çəkənlərə yetərli yardım etməməsi ilə bağlı şüarlar səsləndiriblər.


SON XƏBƏRLƏR

25 Aprel 2024