• Bakı 21° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Mourinyonun qarşısına şərt qoydular

İDMAN

02 Mart 2023 | 18:33 | Müəllif: Subhan Mahmudov

Mourinyonun qarşısına şərt qoydular

Joze Mourinyo mövsümün sonunda “Roma”nı tərk edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, İtaliya klubunun rəhbərliyi portuqaliyalı mütəxəssisin qarşısında şərt qoyub. Əgər komanda A Seriyasında ilk “dördlüy”ə düşüb növbəti mövsüm Çempionlar Liqasında yarışmaq hüququ qazanmasa, 60 yaşlı çalışdırıcı yola salınacaq.

“Roma” 24 turdan sonra A Seriyasının turnir cədvəlində beşincidir. Paytaxt klubu dördüncü pillədəki əzəli rəqibi “Latsio”dan 1 xal geri qalır.

Mourinyonun klubla hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR