• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

MMA döyüşçümüz rəqibini 20 saniyəyə nokaut etdi

İDMAN

01 Aprel 2023 | 11:10

MMA döyüşçümüz rəqibini 20 saniyəyə nokaut etdi

Azərbaycanın MMA döyüşçüsü Mehman Məmmədov Yaponiyanın Osaka şəhərində keçirilən "Rizin 41" turnirində qələbə qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, M.Məmmədov yerli idmançı Yusaku Nakamura ilə qarşılaşıb.

Məmmədov rəqibinə cəmi 20 saniyəyə nokautla qalib gəlib.

Döyüşçü açıqlamasında ona yenidən şans verdiyi üçün Rizin təşkilatına təşəkkür edib:

"Daha yaxşı mübarizə apararaq burada qalmaq istəyirəm. Bu, tək mənim yox, bütün Azərbaycanın qələbəsidir".

Qeyd edək ki, bu gün Vüqar Kərəmov "Rizin 41"də yaponiyalı Yoşinori Horie ilə üz-üzə gələcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026