• Bakı 11° C

    1.12 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

"Neftçi"dən əzmkar qələbə

İDMAN

01 Fevral 2023 | 19:54 | Müəllif: Subhan Mahmudov

"Neftçi"dən əzmkar qələbə

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tur başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, turun son matçında “Neftçi” və “Zirə” qarşılaşıblar.

“Neftçi” Voyislav Stankoviçin 52-ci dəqiqədə vurduğu yeganə qol sayəsində rəqibini 1:0 hesabı ilə məğlub edib.

Bu nəticədən sonra xallarının sayını 41-ə çatdıran “Neftçi” üçüncü pillədəki mövqeyini bir qədər də möhkəmlədib. “Zirə” isə 31 xalla dördüncü yerdədir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sumqayıt” “Turan Tovuz”u (2:1), “Qarabağ” “Şamaxı”nı (3:1), “Səbail” “Kəpəz”i (1:0) öz meydanında, “Sabah” isə “Qəbələ”ni (3:0) səfərdə məğlub edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026