• Bakı 15° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

"Qarabağ"ın futbolçusu ili bitirdi

İDMAN

07 Dekabr 2022 | 10:50

"Qarabağ"ın futbolçusu ili bitirdi

Azərbaycan Premyer Liqasının XVI turunda "Neftçi" ilə oyunda zədələnən "Qarabağ"ın futbolçusu Kevin Medinanın durumuna aydınlıq gəlib.

"Köhlən atlar"ın mətbuat xidmətindən Bakıvaxtı.az-a  verilən məlumata görə, 29 yaşlı müdafiəçi dörd həftə yaşıl meydanlardan kənarda qalacaq.

İli vaxtından əvvəl başa vuran kolumbiyalı oyunçunun əzələsində ikinci dərəcəli yırtıq aşkarlanıb. Həmin görüşdə xəsarət alan Qara Qarayevin durumu isə ciddi deyil. 30 yaşlı yarımmüdafiəçi artıq komanda ilə məşqlərə qoşulub.

Qeyd edək ki, "Qarabağ" "Neftçi"ni 4:0 hesabı ilə məğlub edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026