• Bakı 20° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

"Qarabağ" Avropada rekordçudur

İDMAN

06 Yanvar 2023 | 10:01

"Qarabağ" Avropada rekordçudur

“Qarabağ” 2022/2023 mövsümündə ölkə çempionatlarında ardıcıl qələbə sayına görə Avropa rekordçusudur.

Bakıvaxtı.az xəbər verir ki,  Ağdam təmsilçisi mövsümün əvvəlində Premyer Liqada qazandığı ard-arda 13 qələbə sayəsində hələ də əlçatmazdır.

Uels klubu TNS-dən sonra Şotlandiya “Seltik”i rekordun bir addımlığında büdrəyərək, şansı əldən verib. Həmçinin İtaliya A seriyasının ötən turunda “İnter”ə məğlub olan “Napoli”nin (0:1) qalibiyyət seriyası 11 matçda dayanıb.

Hazırda “Qarabağ”ın rekordunu təkrarlamağa ən yaxın komanda Serbiya təmsilçisi “Srvena Zvezda”dır. Ölkə çempionatının son 11 qarşılaşmasında rəqiblərini məğlub edən adıçəkilən komanda seriyasını davam etdirir. Həmçinin, keçirdikləri son 9 görüşdə qələbə qazanan “Makkabi” (Hayfa, İsrail) və AEK (Kipr) də Azərbaycan çempionuna çatmaq şansını davam etdirirlər.

Qeyd edək ki, AEK daxili birincilikdə növbəti oyununu yanvarın 7-də, “Makkabi” 8-də keçirəcəksə, Serbiya çempionatında qış fasiləsi fevralın 4-də “Srvena Zvezda”nın matçı ilə başa çatacaq. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026