• Bakı 18° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

"Liverpul" bu futbolçularını sata bilər

İDMAN

08 Noyabr 2022 | 16:42

"Liverpul" bu futbolçularını sata bilər

"Liverpul" qış transfer pəncərəsi öncəsi 3 futbolçusunu satışa çıxarıb.

Bakıvaxtı.az “Calciomercato”ya istinadən xəbər verir ki, bunlar müdafiəçi Nataniel Fillips, yarımmüdafiəçilər Nabi Keyta və Aleks Oksleyd-Çemberlendir.

25 yaşlı Nataniel Filips “Bolton”un yetirməsidir. O, 2016-cı ildə "Liverpul"a keçib, lakin o vaxtdan bəri komandada cəmi 25 oyuna çıxıb və vaxtının çoxunu icarəydə keçirib. Tərəflər arasında müqavilənin müddəti 2025-ci ildə başa çatır.

27 yaşlı Nabi Keyta 2018-ci ilin yayında "Leyptsiq"dən 60 milyon avroya alınıb. Bu mövsüm yarımmüdafiəçi "Mançester Siti" ilə Superkubok matçında cəmi 5 dəqiqə meydanda olub. O hazırda ağır zədədən sonra bərpa prosesindədir.

29 yaşlı Oksleyd-Çemberlen isə 2017-ci ilin yayında 38 milyon avroya "Arsenal"dan "Liverpul"a keçib. O, bu mövsüm Premyer Liqada iki matçda cəmi 15 dəqiqə meydanda olub. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR