• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

DÇ-2022: Hakim təyinatı ilə bağlı REKORD

İDMAN

08 Dekabr 2022 | 10:30

DÇ-2022: Hakim təyinatı ilə bağlı REKORD

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının bir oyununa təyin olunan hakim sayı rekord həddə çatdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, turnirin 1/4 final mərhələsindən etibarən hər matçın hakimlər briqadasında 11 nəfər yer alacaq.

Bu, mundiallar tarixinin yeni rekordudur. DÇ-2022-nin qrup və 1/8 final oyunlarında 10 referi iş başında olub. Növbəti raunddan ehtiyat VAR köməkçisi də hakimlər briqadasına əlavə olunacaq.

Turnirdə 8 komanda qaldığından, FIFA Hakimlər Komitəsi referilərin sayını da azaldıb. 16 baş, 30 köməkçi hakim və 5 VAR köməkçisi dünya çempionatındakı işini yekunlaşdırıb.

Mundialın 1/4 final mərhələsinin ilk iki matçının hakim təyinatları da müəyyənləşib. Dekabrın 9-da keçiriləcək Xorvatiya – Braziliya görüşünü ingiltərəli Maykl Oliver, Niderland – Argentina qarşılaşmasını isə ispaniyalı Antonio Mateu Lahoz idarə edəcək. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026