• Bakı 23° C

    8.16 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

“Qalatasaray”ın vitse-prezidenti Belçikada klub aldı

İDMAN

06 Yanvar 2023 | 15:26

“Qalatasaray”ın vitse-prezidenti Belçikada klub aldı

“Qalatasaray”ın vitse-prezidenti Erden Timur Belçikada futbol klubu alıb.

Bakıvaxtı.az xəbər verir ki, tanınmış iş adamı üçüncü divizionunda mübarizə aparan “Şarlerua” komandasına sahib olub.

Belçika klubu satışla bağlı açıqlamasında “Şarlerua – Qalatasaray gələcəyə birlikdə və əl-ələ” şüarı ilə irəliləyəcəklərini bəyan edib. Bildirilib ki, yeni prezident maliyyə və idman sahəsində onlara dəstək verəcək.

Qeyd edək ki, 111 yaşlı komanda Belçika III divizionunda bu mövsüm 17 görüş keçirib. Bu oyunlarda 36 xal toplayan “Şarlerua” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026