• Bakı 18° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

“Neftçi”nin futbolçusu yenidən zədələndi

İDMAN

05 Fevral 2023 | 14:43

“Neftçi”nin futbolçusu yenidən zədələndi

“Neftçi”nin futbolçusu Rəhman Hacıyev yenidən zədələnib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun televiziya kanalına açıqlaması zamanı deyib.

O bildirib ki, sol baldır əzələsindəki zədəsini sağaldaraq fərdi məşqlərə başlayan 30 yaşlı yarımmüdafiəçinin məşq zamanı sağ baldır əzələsində dartılma əmələ gəlib. Hacıyevin təxminən 2-3 gündən sonra individual hərəkətlərə başlaması planlaşdırılır.

“Neftçi”nin digər zədəli futbolçuları Eddi İsrafilov və Fərid Yusifli fiziki hazırlıq üzrə məşqçinin rəhbərliyi altında fərdi məşqlərini davam etdirirlər.


SON XƏBƏRLƏR