• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Florentino Pereslə Ançelotti arasında gərginlik

İDMAN

06 Mart 2023 | 16:13

Florentino Pereslə Ançelotti arasında gərginlik

Madrid “Real”ında klub prezidenti Florentino Peres və komandanın baş məşqçisi Karlo Ançelottinin münasibətləri pozulub.

Bakıvaxtı.az xəbər verir ki, arada soyuqluq İspaniya Super Kubokunda “Barselona”ya məğlubiyyətdən sonra başlayıb. La Liqada “Atletiko” ilə qarşılaşmadan sonra isə klub prezidenti italyan mütəxəssisə ən yaxşı heyəti meydana buraxmaması ilə bağlı iradını bildirib. Çalışdırıcı qrafikin sıx olduğunu, bu səbəbdən rotasiyalar etməyə məcbur qaldığını deyib.

Ötən gecə keçirilən “Betis”lə səfər oyunundan (0:0) dərhal sonra isə Peres komandanın soyunub-geyinmə otağına yollanıb. Orada ikili uzun müddət müzakirə aparıb.

“Real Madrid” prezidentinin gedişatdan narazı olduğu və Ançelottidən sonrası üçün planlar qurduğu bildirilir.

La Liqada 24 turdan sonra 53 xalı olan “Real Madrid” lider “Barselona”dan 9 xal geridədir. Madrid klubu ölkə kubokunun yarımfinal mərhələsində də öz meydanında əzəli rəqibinə uduzub (0:1).


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026