• Bakı 16° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Yığmamız dünya reytinqində gerilədi

İDMAN

04 Aprel 2023 | 16:30

Yığmamız dünya reytinqində gerilədi

Futzal üzrə yeni dünya reytinqi açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan millisinin də sıralamadakı mövqeyi müəyyənləşib.

Martda dünya çempionatının əsas mərhələsində Yunanıstana qalib gəlib (5:2), Polşaya məğlub olan (2:7) Joze Alesio Da Silvanın yetirmələri ötən ayla müqayisədə bir pillə geriləyiblər. Milli hazırda 1395 xalla 13-cü yerdə qərarlaşıb. Azərbaycan seçməsi Avropa yığmaları arasında isə 8-cidir.

Reytinqə yenə Braziliya başçılıq edir. “Sambaçılar” 1821 xala malikdirlər. İspaniya (1787) ikinci, Argentina (1764) isə üçüncü sırada qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Oktyabr 2026