UEFA tərəfindən cəzalandırılan və ev oyunlarını doğma meydanda keçirə bilməyən Belarus yığmasının AÇ-2024-ün seçmə mərhələsi çərçivəsindəki növbəti matçlarının məkanı müəyyənləşib.
Bakıvaxtı.az xəbər verir ki, sözügedən komanda İsrail və Kosovo ilə ev oyunlarını Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirəcək.
Bu barədə Belarus Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, artıq UEFA bununla bağlı müvafiq razılıq verib.
















