• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycan Kubokunun sahibi bu gün bəlli olacaq

İDMAN

03 Iyun 2023 | 09:06

Azərbaycan Kubokunun sahibi bu gün bəlli olacaq

Bu gün futbol üzrə Azərbaycan Kubokunun final oyunu keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, həlledici görüşdə "Neftçi" və "Qəbələ" komandaları üz-üzə gələcəklər.

"Bakcell Arena"da oynanılacaq matç saat 20:00-da başlayacaq. İndiyədək komandaların ölkə kubokunda yolları üç dəfə kəsişib.

9 il əvvəlki finalda “Neftçi” penaltilərlə qalib gəlib.

Yarımfinal duellərində isə komandalar hərəyə bir dəfə mərhələ adlayıblar. Kubokdakı 5 görüşdə klublar hərəyə 1 qələbə qazanıblar, 3 matçda heç-heçə qeydə alınıb. Topların nisbətində "qırmızı-qaralar"ın cüzi üstünlüyü var - 7:6.

Azərbaycan Kuboku
Final
3 iyun
20:00. "Neftçi" - "Qəbələ"
"Bakcell Arena" stadionu


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026