• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycan Avropa Oyunlarında daha bir qızıl qazandı

İDMAN

02 Iyul 2023 | 14:01 | Müəllif: Subhan Mahmudov

Azərbaycan Avropa Oyunlarında daha bir qızıl qazandı

Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada təşkil olunan III Avropa Oyunlarında qızıl medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, full-kontakt növündə 63.5 kq-da mübarizə aparan idmançı finalda İtaliya təmsilçisi Damiano Salvatore Tramontana ilə üz-üzə gəlib.

Rəqibinə aşkar üstünlüklə - 3:0 qalib gələn kikboksinqçi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu, Avropa Oyunlarında Azərbaycan komandasının üçüncü qızıl medalı olub. Daha əvvəl karateçilər İrina Zaretskaya və Tural Ağalarzadə hamıdan güclü olmağı bacarıblar./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026