• Bakı 22° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Musa Qurbanlı Stokholma getdi

İDMAN

03 Iyul 2023 | 09:04

Musa Qurbanlı Stokholma getdi

İsveçin “Yurqarden” klubunun idman direktoru Bosse Andersson "Qarabağ"ın və Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının mümkün keçidinə münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, funksioner "Varberq"ə 2:0 hesabı ilə qalib gəldikləri çempionatın XIII tur oyunundan sonra bu barədə "Football" telekanalına açıqlama verib.

Andersson 21 yaşlı forvardın həmin qarşılaşmanı "Tele2 Arena"da tribunadan izlədiyini söyləyib: "O, burada idi. Matça baxırdı. Bu isə o deməkdir ki, bizim danışığımız var. Musa haqqında yaxşı təəssürat yaranıb. Çox qol vuran, millidə və "Qarabağ" klubunda çıxış edən hücumçudur".

Qeyd edək ki, Musa Qurbanlı 2019-cu ildən "Qarabağ"ın əsas komandasındadır. Onun Stokholm təmsilçisi ilə üç illik müqavilə imzalayacağı gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026