• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Qarabağ"ı məğlub etməyə gəlmişik - Şvarqa

İDMAN

01 Avqust 2023 | 20:35 | Müəllif: Subhan Mahmudov

"Qarabağ"ı məğlub etməyə gəlmişik - Şvarqa

Hər iki komandanın özünəməxsus oyun üslubu var. Yanvarda "Qarabağ"la yoxlama görüşü keçirdiyimiz üçün onların potensialına daha yaxından bələd olduq. Sabah baş tutacaq görüşə də hazırıq. "Rakuv"un oyununu sərgiləməyə çalışacağıq. Bakıya gəlməkdə məqsəd qələbə qazanmaqdır. İlk görüşdə minimal fərqlə qalib gəldik. Sabahkı qarşılaşmada da qalibiyyət üçün çalışacağıq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Polşanın "Rakuv" klubunun baş məşqçisi David Şvarqa "Qarabağ"a qarşı keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu ərəfəsində mətbuat konfransında deyib.

Şvarqa "Qarabağ"ın ötən mövsüm Polşanın digər təmsilçisi "Lex" üzərində 5:1 hesablı qələbəsinin onlara mənfi təsir göstərmədiyini deyib:

"Qarabağ"ın Çempionlar Liqasındakı digər oyunlarını, eləcə də, ötən mövsümdəki matçlarını təhlil etmişik. O ki qaldı "Lex"lə oyuna, bu komanda ilə "Rakuv" tam fərqli gücə və oyun üslubuna malikdirlər. "Qarabağ"ın ötən mövsüm "Lex"i burada böyük hesabla məğlub etməsinin bizə heç bir təsiri olmayacaq".

Qeyd edək ki, avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026