• Bakı 14° C

    1.25 m/s

Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibi müəyyənləşib

İDMAN

02 Avqust 2023 | 00:38 | Müəllif: Subhan Mahmudov

Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibi müəyyənləşib

"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.

Bakıvaxtı.az-ın məlumatına görə, Ağdam təmsilçisi II raundda Polşa "Rakuv"unu mübarizədən kənarlaşdırsa, Kipr "Aris"i ilə qarşılaşacaq.

Limasol klubu II mərhələdə Belarus BATE-sini keçib. İlk oyunda rəqibinə 6:2 hesabı ilə qalib gələn kiprlilər cavab matçında da Borisov təmsilçisinə heç bir şans verməyib - 5:3.

Qeyd edək ki, "Qarabağ" Polşadakı görüşdə "Rakuv"a 2:3 hesabı ilə uduzub. Cavab qarşılaşması avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları 8-9 avqustda, ikinci görüşləri isə 15 avqustda gerçəkləşəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026