• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Cüdoçumuz Qran Pridə gümüş medal qazandı

İDMAN

02 Iyun 2023 | 17:02

Cüdoçumuz Qran Pridə gümüş medal qazandı

Azərbaycan cüdoçusu Turan Bayramov Tacikistanın paytaxtı Düşənbədə start götürən Qran Pri turnirində final görüşünə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, 60 kq çəki dərəcəsində yer alan idmançı qızıl medal uğrunda qarşılaşmada neytral statusda güləşən Ramazan Abdullayevlə üz-üzə gəlib. Rəqibinə ipponla uduzan Bayramov ikinci yerlə kifayətlənib.

Yarışın ilk günündə Azərbaycan millisinin ümumilikdə 7 üzvü tatami üzərinə çıxıb. Kişilərdən Turan Bayramovla yanaşı, Yaşar Nəcəfov (66 kq) da finala yüksəlib. Qadınlardan isə Leyla Əliyeva (48) bürünc, Gültac Məmmədəliyeva (52 kq) isə qızıl medal görüşünə vəsiqə qazanıb.

Yeri gəlmişkən, Əliyeva uduzaraq yarışı medalsız başa vurub. Rövşən Əliyev (60 kq), Ruslan Paşayev (66 kq) və Könül Əliyeva (48 kq) isə turnirlə daha erkən vidalaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026