• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Di Mariya “Qalatasaray”a keçə bilər

İDMAN

03 Iyun 2023 | 15:25

Di Mariya “Qalatasaray”a keçə bilər

“Yuventus”un futbolçusu Anxel Di Mariya karyerasını Türkiyədə davam etdirə bilər.

Bakıvaxtı.az xəbər verir ki, italyan insayder Nikolo Skiranın yaydığı məlumata görə, “Qalatasaray” Argentina millisinin üzvünün xidmətində maraqlıdır. 35 yaşlı vingerin Turin klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. “Qoca sinyora” onunla yeni sözləşmə imzalamaq istəmir.

Portuqaliya çempionu “Benfika”da Di Mariyanı heyətində görmək istəyir.

Qeyd edək ki, təcrübəli oyunçu cari mövsüm “Yuventus”da 39 oyuna çıxıb, 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Di Mariya 2022-ci ildə Argentina yığması ilə Qətərdə keçirilmiş dünya çempionatının qalibi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026