• Bakı 12° C

    9.93 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Qarabağ” Avropada iki komandadan biridir

İDMAN

06 Mart 2023 | 14:32

“Qarabağ” Avropada iki komandadan biridir

Bu mövsüm yerli liqalarda keçirdikləri oyunlarda məğlub olmayan Avropa komandalarının siyahısında dəyişiklik edilib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" uduzmayan iki kollektivdən biridir.

"Köhlən atlar" son olaraq Premyer Liqanın XXV turunda səfərdə "Qəbələ"ni 3:1 hesabı ilə üstələyib. Ağdam klubu ilə yanaşı, Serbiya “Srvena Zvezda”sı da ölkə çempionatında yenilgi üzü görməyib.

Son olaraq Lüksemburqun "Svift Hesperange" komandası XIX tur qarşılaşmasında "Union Titus Petanj"a məğlub olaraq siyahıdan kənarda qalıb.

1. “Qarabağ” (25 oyun): 20 qələbə, 5 heç-heçə

2. “Srvena Zvezda” (Serbiya – 24 oyun): 21 qələbə, 3 heç-heçə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026