• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Qarabağ"lılar Türkiyəylə oyuna çağırıldı

İDMAN

07 Mart 2023 | 09:39

"Qarabağ"lılar Türkiyəylə oyuna çağırıldı

“Qarabağ”ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç növbəti dəfə Monteneqro millisinə çağırılıblar.

Bakıvaxtı.az xəbər verir ki, baş məşqçi Miodraq Raduloviç AVRO-2024-ün seçmə qrup mərhələsinin ilk iki oyunu üçün adıçəkilən oyunçulara dəvət göndərib.

Maraqlıdır ki, yarımmüdafiəçi Yankoviç zədə səbəbindən Ağdam klubunun son 4 oyununu buraxmasına baxmayaraq, 27 nəfərlik heyətə daxil edilib.

Qeyd edək ki, Monteneqro millisi G qrupu çərçivəsində martın 24-də səfərdə Bolqarıstanla, üç gün sonra isə evdə Serbiya ilə qarşılaşacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026