• Bakı 22° C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Neymar üçün mövsüm erkən başa çatdı

İDMAN

06 Mart 2023 | 23:45 | Müəllif: Subhan Mahmudov

Neymar üçün mövsüm erkən başa çatdı

PSJ-nin futbolçusu Neymar üçün bu mövsüm erkən başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, braziliyalı hücumçunun sağ ayaq biləyində zədələrə görə əməliyyat olunacağı bildirilib.  Əməliyyatın yaxın günlərdə Dohadakı xəstəxanada reallaşacağı vuğulanıb. Onun təxminən 3-4 aydan sonra məşqlərə qayıdacağı qeyd olunub. Bu isə o deməkdir ki, futbolçu bu mövsümün qalan hissəsində oynamayacaq.

Həmçinin oxuyun: Neymar qərarını verdi

Xatırladaq ki, Neymar son olaraq Liqa 1-də fevralın 20-i keçirilən "Lill"lə matçda zədələnib və xərəkdə meydandan çıxarılıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026