• Bakı 12° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Mahir Emreli “Dinamo”ya nə vaxt qoşulacaq?

İDMAN

08 Dekabr 2022 | 00:31 | Müəllif: Subhan Mahmudov

Mahir Emreli “Dinamo”ya nə vaxt qoşulacaq?

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının düşərgəsinə qayıdacağı tarix bəlli olub.

Bakıvaxtı.az "qafqazinfo"ya istinadən xəbər verir ki, 25 yaşlı hücumçu dekabrın 19-da Zaqreb təmsilçisinə qoşulacaq.

Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb. Xəbərdə bildirilir ki, komandanın baş məşqçisi Ante Çaçiç ötən ay yığmanın Moldova və Şimali Makedoniya millilərinə qarşı yoldaşlıq matçlarında iştirak etmiş forvarda əlavə istirahət verib.

Xatırladaq ki, Mahir Emreli bu ilin fevral ayından "Dinamo"da çıxış edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR