• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Bu futbolçu "Qarabağ"la oyunu buraxa bilər

İDMAN

10 Oktyabr 2022 | 11:18

Bu futbolçu "Qarabağ"la oyunu buraxa bilər

Yunanıstanın "Olimpiakos" klubunun futbolçusu Qonsalo Avila Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçını buraxa bilər.

Bakıvaxtı.az xəbər verir ki, 24 yaşlı müdafiəçi OFİ-yə 2:1 hesabı ilə qalib gəldikləri Yunanıstan Super Liqasının VII tur oyununda bud nahiyəsindən zədələnib.

39-cu dəqiqədə ispaniyalı oyunçunun yerinə meydana Marios Vrusay daxil olub. Qonsalo Avilanın durumuna bu gün aydınlıq gələcək.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:45-də başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR