“Barselona” “Lester”in yarımmüdafiəçisi Yuri Tilemansı transfer etməyi planlaşdırır.
Bakıvaxtı.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, baş məşqçi Xavi belçikalı futbolçunun transferində maraqlıdır.
Daha əvvəl belçikalı futbolçu ilə “Arsenal”, “Mançester Yunayted”, “Liverpul” və “Real”ın da maraqlandığı bildirilirdi.
Qeyd edək ki, bu mövsüm 15 oyuna 3 qol, 1 məhsuldar ötürmə edən Tilemansın "Lester"lə müqaviləsi 2023-cü ilin yyına qədərdir.
















