• Bakı 10° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Qarabağ"ın yoxlama oyunlarının tarixləri bəlli olub

İDMAN

08 Dekabr 2022 | 22:31 | Müəllif: Subhan Mahmudov

"Qarabağ"ın yoxlama oyunlarının tarixləri bəlli olub

Qış təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirəcək "Qarabağ"ın yoxlama oyunlarının tarixləri müəyyənləşib.

Klubun mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Ağdam təmsilçisi qardaş ölkədə 3 sınaq matçında qüvvəsini sınayacaq.

"Köhlən atlar" yanvarın 13-də Polşanın "Poqon" komandası ilə qarşılaşacaq. Komanda 5 gün sonra isə Serbiya "Çukariçki"si və Polşanın digər təmsilçisi "Rakuv"la üz-üzə gələcək.

Qeyd edək ki, "Qarabağ" yanvarın 4-dən 23-dək Antalyada təlim-məşq toplanışında olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026