• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Parataekvondoçularımız 2 qızıl medal qazandı

İDMAN

09 Dekabr 2022 | 00:30 | Müəllif: Subhan Mahmudov

Parataekvondoçularımız 2 qızıl medal qazandı

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda parataekvondo üzrə Qran-pri yarışlarının final mərhələsi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu seriyada ilin yekun yarışını Azərbaycan millisi 2 qızıl medalla başa vurub.
Baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında mübarizə aparan komandamızın heyətində Sabir Zeynalov (58 kq, K-44) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, Braziliya, İsrail və Türkiyədən olan parataekvondoçuya qalib gələrək, Ər-Riyadda Azərbaycan himnini səsləndirib.

Zeynalovun uğurunu komanda yoldaşı İmaməddin Xəlilov (70 kq, K-44) da təkrarlayıb. Təmsilçimiz Özbəkistan, Yaponiya və Argentinadan olan rəqiblərini məğlub edərək, yarışın qızıl medalına yiyələnib.

Hər iki paratekvondoçu qalib olmaqla aktivinə 100 reytinq xalı əlavə edib.

Qeyd edək ki, Qran-pri yarışlarının final mərhələsində sabah taekvondo yarışları başlayacaq. Azərbaycan turnirdə 173,94 xalla dünya reytinqində 10-cu olan Cavad Ağayevlə təmsil olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026