• Bakı 26° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

FİFA "Qarabağ"ı CƏRİMƏLƏDİ

İDMAN

09 Sentyabr 2022 | 19:09 | Müəllif: Subhan Mahmudov

FİFA "Qarabağ"ı CƏRİMƏLƏDİ

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, iclasda Premyer Liqamızın 5-citurundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Şamaxı” – “Turan Tovuz” oyununda Şamaxı şəhər stadionunda təcili tibbi yardım maşınının oyuna gecikməsi səbəbindən “Şamaxı” klubu 800 manat cərimə olunub.

“Sabah” – “Səbail” oyununda “Sabah” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün “Sabah” klubu 1600 manat cərimə olunub.

“Kəpəz” – “Qarabağ” oyununda Qəbələ şəhər stadionunda təcili tibbi yardım maşınının oyuna gecikməsinə görə “Kəpəz” klubu 800 manat cərimə olunub.

Qəbələ şəhər stadionunda “Qarabağ” azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə “Qarabağ” klubu 800 manat cərimə olunub.

“Kəpəz” klubunun futbolçusu Tural Rzayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026