• Bakı 14° C

    11.18 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Neftçi"nin baş məşqçisi postundan ayrıla bilər

İDMAN

08 Oktyabr 2022 | 13:30

"Neftçi"nin baş məşqçisi postundan ayrıla bilər

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Rumıniyanın "Styaua" komandasının sükanı arxasına əsas namizədlərdən biridir.

Bakıvaxtı.az  "prosport.ro" saytına istinadən xəbər verir ki, klubun prezidenti Cici Bekali 47 yaşlı mütəxəssisin xidmətində maraqlıdır.

Funksionerin siyahısında,ümumilikdə 4 baş məşqçinin adı var. Lakin Regekampfın "Styaua"ya rəhbərlik etmə şansı çox aşağ qiymətləndirilir. Yerli mətbuat hesab edir ki, "Neftçi" ilə 2 illik müqaviləsi olan rumıniyalı mütəxəssis Azərbaycanda yaxşı məvacib alır.

Qeyd edək ki, 2012 - 2014 və 2015 - 2017-ci illərdə "Styaua"nın sükanı arxasında olmuş Laurentsiu Regekampf bir müddət öncə mətbuata açıqlamasında bu komanda ilə danışıq aparmadığını bildirdmişdi.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026