• Bakı 16° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

 “Qarabağ”ın pley-offdakı rəqibi bəlli olur

İDMAN

07 Noyabr 2022 | 10:11 | Müəllif: Subhan Mahmudov

“Qarabağ”ın pley-offdakı rəqibi bəlli olur

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibi bəlli olacaq.

Tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. UEFA Avropa Liqasında G qrupunu üçüncü sırada bitirən “köhlən atlar” Konfrans Liqasında öz qruplarında ikinci yeri tutmuş 8 komandadan biri ilə görüşəcək.

Səpələnməmişlər səbətində olan ölkə çempionu bu raundda “Fiorentina” (İtaliya), “Bazel” (İsveçrə), “Dnepr-1” (Ukrayna), “Gent”, “Anderlext” (hər ikisi Belçika), ÇFR (Rumıniya), “Lex” (Polşa) və “Partizan” (Serbiya) klublarından biri ilə üz-üzə gələcək.

Səpələnmişlər:
“Anderlext” (Belçika)
“Bazel” (İsveçrə)
“CFR Kluj” (Rumıniya)
“Dnepr-1” (Ukrayna)
“Fiorentina” (İtaliya)
“Gent” (Belçika)
“Lex” (Polşa)
“Partizan” (Serbiya)

Səpələnməmişlər:
AEK (Larnaka, Kipr)
“Budo Qlimt” (Norveç)
“Braqa” (Portuqaliya)
“Latsio” (İtaliya)
“Ludoqorets” (Bolqarıstan)
“Qarabağ” (Azərbaycan)
“Şerif” (Moldova)
“Trabzonspor” (Türkiyə)

Qeyd edək ki, pley-offun ilk oyunları 2023-cü il fevralın 16-da, cavab matçları isə fevralın 23-də keçiriləcək. “Qarabağ”ın ilk oyunu bütün səpələnməmişlər kimi evdə gerçəkləşəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026