• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Azərbaycanlı idmançı ermənini məğlub etdi - VİDEO

İDMAN

06 Dekabr 2022 | 19:40 | Müəllif: Subhan Mahmudov

Azərbaycanlı idmançı ermənini məğlub etdi - VİDEO

Azərbaycan təmsilçisi Rafiz Həsənov Rusiyanın paytaxtında keçirilmiş "Moscow - Karate Universe" beynəlxalq turnirində Ermənistan karateçisi Davit Makyana 5:0 hesabı ilə qalib gəlib.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, Həsənov turnirin yalnız finalında yerli idmançıya məğlub olaraq, yekunda gümüş medal qazanıb.

15 ölkədən 307 idmançının mübarizə apardığı turnirə 11 karateçi ilə qatılan Azərbaycan yığması 6 mükafat əldə edib.

Asiman Qurbanlı (84+ kq) yarışın qalibi olub. Rafiz Həsənov (-75 kq) isə ikinci yeri tutub. Roman Heydərov (kata), Əminağa Quliyev (-60 kq), Hüseyn Məmmədli (-67 kq) və Pənah Abdullayev fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Rafiz Həsənov 24 ildir karate ilə məşğul olur. O, şotokan növü üzrə Avropa və dünya çempionudur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026