• Bakı 17° C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Miçel "Qarabağ"a məğlubiyyətdən DANIŞDI

İDMAN

08 Oktyabr 2022 | 14:10

Miçel "Qarabağ"a məğlubiyyətdən DANIŞDI

"Məğlubiyyəti unutmalı, qısa zamanda bərpa olunmalıyıq".

Bakıvaxtı.az xəbər verir ki, bunu "Olimpiakos"un baş məşqçisi Miçel Qonsales Yunanıstanda "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu barədə danışarkən deyib.

İspaniyalı mütəxəssis bildirib ki, futbolda belə hallar olur: "Qarşıda OFİ-yə qarşı çempionat oyunumuz var. Keyfiyyətlərini və üstünlüklərini yaxşı bildiyimiz bir rəqibdir. Amma biz də "Olimpiakos"uq. Həmişə bütün oyunlarda qalib gəlməyə çalışmalıyıq".

Qeyd edək ki, "Olimpiakos" oktyabrın 9-da Yunanıstan Super Liqasının VII turunda OFİ-nin qonağı olacaq. Pirey təmsilçisi bundan 4 gün sonra isə Bakıda "Qarabağ"la Avropa Liqasının qrup mərhələsinin IV tur oyununa çıxacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Noyabr 2026