• Bakı 15° C

    3.88 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0995

Quterreş: “Qəzzada atəşkəs hələ də qüvvədə qalır”

DÜNYA

13 Noyabr 2025 | 09:37

Quterreş: “Qəzzada atəşkəs hələ də qüvvədə qalır”

Qəzzadakı atəşkəs dəfələrlə pozulmasına baxmayaraq hələ də qüvvədə qalır.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş deyib.

O, atəşkəsə tam əməl olunması və iki dövlətli həllin həyata keçirilməsi üçün danışıqların ikinci mərhələsinin başlanmasına çağırıb.

Quterreş Qəzzaya humanitar yardımın çatdırılmasında hələ də ciddi maneələrin mövcud olduğunu vurğulayıb.

Sudan və Sahel bölgəsində artan gərginlikdən narahatlığını ifadə edən Baş katib bu münaqişələrin bütün beynəlxalq ictimaiyyət üçün təhlükə yaratdığını deyib.

Əli Hüseynov

 

 


SON XƏBƏRLƏR

12 Noyabr 2025