"Rabitəbank" ASC 7 nəfər üzvü olan ailəni məhkəməyə verib.
Bakıvaxtı.az xəbər verir ki, mənzil almaq üçün bankdan ipoteka krediti götürən, amma borcunu ödəməyən vətəndaşlara qarşı Abşeron Rayon Məhkəməsində iddia qaldırılıb.
Bağırov Rəhman Nazim oğlu və ailənin digər üzvlərinə qarşı iddia irəli sürən bank məhkəmədən ipoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsini, ailənin mənzildən çıxarılmasını və mənzilə hüquqlarının itirilmiş hesab edilməsini tələb edib.
İşə hakim Məlahət Abbasova baxacaq.
İbRa
















