Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1080 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 541, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 140, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 340, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 59 nəfərdir.

















