• Bakı 21° C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Polis icra hakimiyyətini məhkəməyə verdi 

CƏMİYYƏT

31 Oktyabr 2022 | 15:19

Polis icra hakimiyyətini məhkəməyə verdi

Qobustan Rayon İcra Hakimiyyəti yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətdiyinə görə məhkəməyə verilib.

Bakıvaxtı.az xəbər verir ki, Dövlət Yol Polisi Qobustan Rayon İcra Hakimiyyəti barədə İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi əsasında protokol tərtib edərək Qobustan Rayon Məhkəməsinə göndərib.

Həmin maddədə bildirilir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026