• Bakı 27° C

    6.76 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

Zibil məntəqəsi tikmək adı ilə ağacları kəsiblər? - AÇIQLAMA

CƏMİYYƏT

30 Noyabr 2022 | 14:47

Zibil məntəqəsi tikmək adı ilə ağacları kəsiblər? - AÇIQLAMA

Mediada yayılan məlumata görə, Xətai rayonu, Sarayevo küçəsindəki zibil məntəqəsi adı ilə ağacları kəsərək kafe tikiblər.

Məsələ ilə bağlı Bakıvaxtı.az-ın infromasiya sorğusuna Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov cavab verib.

O bildirib ki, tikinti üçün ayrılmış sözügedən ərazidə ağac kəsintisi faktı qeydə alınmayıb.

“Xətai rayonu, Sarayevo küçəsi, 7 saylı binanın yaxınlığındakı ünvana əməkdaşlarımız tərəfindən baxış keçirilib, aerokosmik görüntülər əsasında dəqiqləşmələr aparılıb və sözügedən ərazidə ağacların kəsilmədiyi müəyyən edilib”, -deyə V.Cavadov bildirib. 

Ramid İbrahimov


SON XƏBƏRLƏR

07 Iyul 2025