• Bakı 14° C

    1.22 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Buraxılış imtahanları ilə bağlı görüləcək işlərin təqvim planı təsdiqləndi

CƏMİYYƏT

31 Oktyabr 2022 | 16:10

Buraxılış imtahanları ilə bağlı görüləcək işlərin təqvim planı təsdiqləndi

2022/2023-cü tədris ilində ümumtəhsil müəssisələrində keçiriləcək buraxılış imtahanları və yekun attestasiya ilə əlaqədar görüləcək işlərlə bağlı Dövlət İmtahan Mərkəzinin yeni təqvim planı təsdiq edilib.

Bu barədə Bakıvaxtı.az-a mərkəzdən məlumat verilib.

Qeyd olunub ki, “Şagird-məzun” dövlət elektron məlumat sisteminə 2022/2023-cü tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların daxil edilməsi və yekun attestasiyanın aparılması ilə əlaqədar regional təhsil idarələri, rayon (şəhər) təhsil sektorları və ümumtəhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlər üzrə Təqvim planı”nı DİM sədri Məleykə Abbaszadə təsdiqləyob.

Regional təhsil idarələri, rayon (şəhər) təhsil sektorları və ümumtəhsil müəssisələrindən xahiş olunur ki, cari tədris ilində şagirdlərin fərdi və təhsilə aid məlumatlarınının təqvim planına uyğun olaraq “Şagird-məzun” sisteminə daxil edilməsini təmin etsinlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026