Son 10 ayda Azərbaycanda 695 nəfərin İİV-ə yoluxduğu aşkarlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov "QİÇS-lə mübarizə" mövzusunda danışarkən deyib.
O bildirib ki, bunlardan 680 nəfəri Azərbaycan vətəndaşıdır:
"Yoluxanların 68 faizini kişi, 32 faizə yaxınını qadınlar təşkil edir".
O eyni zamanda qeyd edib ki, dünyada 84 milyona yaxın insanın İİV-ə yoluxduğu ehtimal edilir:
"Rəsmi statistikalaya görə, İİV-lə yaşayan 38,4 milyon insan mövcuddur. Bu vaxta qədər dünyada 40 milyona yaxın insan İİV-dən vəfat edib. Ölkədə vəziyyət nəzarət altındadır. Heç bir sıçrama müşahidə olunmur. Azərbaycan region ölkələri arasında ən az yoluxma müşahidə olunan ölkədir".